xari

" Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir"

SOSİAL
20:06 27.02.2021
301
Ulu Öndərimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdışından sonra ilk imzaladığı sərəncamlar məhz şəhid ailələri və qazilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində olmuşdur. Ümummilli liderimizin layiqli davamçısı İlham Əliyevin bu istiqamətdə apardığı davamlı uğurlu siyasət də bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin imzaladığı Sərəncamlar təkcə müharibə əlilləri və şəhid ailələri tərəfindən deyil, bütövlükdə, cəmiyyət tərəfindən olduqca müsbət qarşılanır. Bu qəbildən olan insanların sosial müdafiəsinin gücləndirilməsi üçün çoxsaylı davamlı tədbirlər görülür, bunların hamısı göz qarşısındadır. Qarabağ müharibəsi əlili kimi, biz bütün bunları müsbət qarşılayır, öz məmnunluğumuzu bildiririk.

Şəhid ailələri və qazilərə hər il mənzil və fərdi evlər tikirlir, qazilər avtomobil ilə təmin olunurlar. Bu işlərə nümunə olaraq qeyd etmək istərdim ki, Ramanı kompleksində doqquzmərtəbəli 30 bina tikilib, ümumilikdə isə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Dövlət başçısı tərəfindən cari ilin yanvarında imzalanan Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək. Əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində qazilərimizə tibbi yardımlar göstəriləcəkdir. Orada minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilib. Ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi bu protezlərlə təmin edilib və onlar normal həyata dönə biliblər. Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir. Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilib. Bu il isə 3 minə yaxın mənzil veriləcək. Beləliklə, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladların ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcək. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib.

Bir sözlə, qeyd etmək istəyirəm ki, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi hər zaman dövlətin diqqət mərkəzindədir: Bir daha əminliklə söyləyə bilərəm ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsi yüksək səviyyədə təşkil edilməkdə və onların sosial təminat və ehtiyaclarına xüsusi diqqət yetirilməkdədir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə gördüyü işlər çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu yöndə mənim özüm də dövlətdən diqqət və qayğı görmüşəm. Həmçinin, Prezident təqaüdü alıram. Düşünürəm ki, bu kateqoriyaya aid olanların sosial müdafiəsinin gücləndirilməsi davamlı xarakter daşıyır. Bütün bunlara görə, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Binəqədi rayon filialının üzvləri adından, Ali Baş komandan cənab İlham Əliyevə dərin minnətdarlıq edirik. Millətimiz cənab Prezident İlham Əliyevin ətrafında birləşərək, daim prezidentimizə dəstək olacaq.

Qarabağ Azərbaycandır! Yaşasın Ali Baş Komandan! Şanlı Azərbaycan Ordusuna eşq olsun!

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Binəqədi rayon filialının sədri – İlham Qayıbzadə

OXŞAR XƏBƏRLƏR