“Ermənistan müstəqil dövlət deyil”.
Biz Ermənistanla danışıqlar aparmamalıyıq, çünki ermənilər heç bir məsələni həll etmir. Danışıqları Ermənistanı himayə edən dövlətlərlə aparmalıyıq.
AZXEBER.COM Gün.Az-a istinadən xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov dilə gətirib.
Onun sözlərinə görə, Ermənistan müstəqil dövlət deyil və Rusiyanın sözündən kənara çıxa bilməz.
Millət vəkili mətbuata açıqlamasında deyib ki, Ermənistan istənilən qərar qəbul etsə də, Rusiya razılıq verməsə, bu qərarın heç bir əhəmiyyəti yoxdur.
“Eyni zamanda, NATO Parlament Assambleyasının Bakıda keçirilən tədbirində erməni deputatların səsləndirdikləri fikirlərin hamısı əsassızdır. Bütün dünya Ermənistanda nə qədər acınacaqlı vəziyyətin olduğunu bilir. Dərin sosial-iqtisadi böhran nəticəsində hər il təxminən 70 min insan işğalçı ölkəni tərk edir.
Eyni zamanda, Qarabağ erməniləri ilə Ermənistan vətəndaşları arasında ciddi qarşıdurmalar var. Bu amil onların ordusunda da özünü göstərir. Ermənistandan heç kim Dağlıq Qarabağa hərbi xidmətə gəlmək istəmir. Hətta onların arasında insidentlər də baş verir.
Bu yaxınlarda Qarabağdan olan əsgər Ermənistandan gələn əsgəri vurub öldürmüşdü. Bunu erməni mətbuatı da yazdı. Ermənistanda əhalinin sayı o qədər azdır ki, sərhədlərin mühafizəsində mülki, yerli əhalidən istifadə olunur. Ermənistan ordusunun büdcəsi cəmi 250 milyon dollardı.
Bu da bizim ordunun büdcəsindən 15 dəfə aşağıdır. Başqa dövlət qarışmasa, Azərbaycan ordusu 3 gün müddətinə Yerevana qədər gedib çıxa bilər. Ermənistanın bizim ordunun qarşısında dura biləcək heç bir potensialı yoxdur”, - deyə S.Novruzov daha sonra mətbuata açıqlamasında sözlərinə əlavə edib.