¼ mərhələnin son iştirakçısı o oldu – VİDEO

¼ mərhələnin son iştirakçısı o oldu – VİDEO
MAQAZİN
11:33 17.03.2026
184
ATV-nin "Kəlmə-Kəlməyə” meyxana şousunda son ¼ finalçı da məlum olub.
 
AZXEBER.COM xəbər verir ki, 1/8 mərhələnin son görüşündə Valeh Musayev və Elxan Lətifov üz-üzə gəliblər.

Cavab görüşünə çıxan söz üstadları maraqlı meyxana ilə izləyiciləri televiziya qarşısına toplaya biliblər.

Belə ki, səfərdə də rəqibi ilə "söz davasına” çıxan Valeh Musayev, doğma meydanda da rəqibini üstələməyi bacarıb.

Gərgin keçən görüşdə Elxan Lətifov rəqibinə məğlub olaraq yarışmanı tərk edib. Valeh Musayev isə adını son 8 yarışmaçı arasına yazdırıb.

Qeyd edək ki, hər həftənin şənbə günü saat 22:00-da ATV telekanalında baş tutan "Kəlmə-Kəlməyə” meyxana yarışmasında ¼ mərhələnin ilk görüşü baş tutacaq. Vüqar Şiriyev dogma meydanda Kərim Kərimovu qəbul edəcək.


OXŞAR XƏBƏRLƏR