“008” maşın nömrəsi ona 40 minə başa gəldi

“008” maşın nömrəsi ona 40 minə başa gəldi
SOSİAL
17:47 08.06.2017
1156
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azər Babayev və Ceyhun Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin icraatında olan prosesdə ilkin baxış iclası keçirilib.

Təqsirləndirilənlərdən A.Babayev barəsində həbs-qətimkan tədbiri, C.Mirzəyev isə polisin nəzarətinə verilməklə iltizam tədbiri seçilib.

Təqsirləndirilən A.Babayev zərərçəkmiş Şahin Əliyevin epizodu üzrə ifadə verib. O, bu işdə özünü qismən təqsirli bildiyini deyib: "Mən Şahin Əliyev üçün Asif Əsgərov vasitəsilə "008” sonluqlu maşın nömrəsi aldım. Şahin 8500 dollar verdi. Ödəniş olandan sonra Asifə nə qədər zəng etdim, açmadı. Nömrəni onun salonundan götürüb verəcəkdik. O iş alınmadı.

Sonra bunun əvəzində Şahinə maşın təklif etdik. Asif salonundan "BMW X5" gətirdi. Razılaşdıq ki, Şahin 10 min dollar da verəcək. O pulu da Asif Şahindən əlbəəl aldı. Asif dedi maşının 3 min dollar krediti var. Onu mən ödəyəcəkdim. Amma alınmadı. Notariusda maşını addan ada keçirəndə bəlli oldu ki, kredit 20 min dollar imiş. Şahin istəmədi, maşın mənim üstümdə qaldı. Əvəzində Şahinə 25 min manatlıq torpaq verdim. Mən istintaqda fərqli ifadə vermişəm, müstəntiq başqa şey yazıb. Şahin Əliyevə ümumi 27990 dollar ziyan dəyib".

Zərərçəkən Şahin Əliyev başına gələnlərlə bağlı danışıb, oxşar ifadə verib və A.Babayevin hər şeyi düzgün danışdığını deyib.

Azər Babayev də deyib ki, E.Güləliyevə satılan maşının banka borcunun 12 min dollar olduğunu bilib.

Məhkəmə prosesi iyunun 22-də davam etdiriləcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mətbəxdəki gizli şəfa mənbələri: Hansı qida hansı ağrıya kömək edir?
15:17 23.06.2026
Mətbəxdəki gizli şəfa mənbələri: Hansı qida hansı ağrıya kömək edir?
Rusiyalı aparıcı Bakıda - VİDEO
15:06 23.06.2026
Rusiyalı aparıcı Bakıda - VİDEO
Prezidentlər Şuşada Bülbülün ev-muzeyində - FOTOLAR
15:06 23.06.2026
Prezidentlər Şuşada Bülbülün ev-muzeyində - FOTOLAR
Paytaxtda silsilə oğurluqlar edən şəxs saxlanıldı
15:02 23.06.2026
Paytaxtda silsilə oğurluqlar edən şəxs saxlanıldı
Qəbələdə 4 tondan artıq çətənə kolu məhv edildi
14:59 23.06.2026
Qəbələdə 4 tondan artıq çətənə kolu məhv edildi
Yayda pişiklərə necə qulluq edək? - Mütəxəssislərdən vacib tövsiyələr
14:42 23.06.2026
Yayda pişiklərə necə qulluq edək? - Mütəxəssislərdən vacib tövsiyələr
5 ayda 5 ölüm: Bakıda motosiklet qəzalarının statistikası açıqlandı
14:37 23.06.2026
5 ayda 5 ölüm: Bakıda motosiklet qəzalarının statistikası açıqlandı
Arif Hacılının ölkədən çıxışına "stop" qoyulub
14:33 23.06.2026
Arif Hacılının ölkədən çıxışına "stop" qoyulub
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
14:17 23.06.2026
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
Keçmiş sevgilisi tərəfindən hücuma məruz qalan qadın gözünü itirib - FOTOLAR
14:02 23.06.2026
Keçmiş sevgilisi tərəfindən hücuma məruz qalan qadın gözünü itirib - FOTOLAR
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular - Fotolar
13:55 23.06.2026
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular - Fotolar
Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir
13:52 23.06.2026
Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birinci yaşayış kompleksində olublar - FOTOLAR
13:34 23.06.2026
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birinci yaşayış kompleksində olublar - FOTOLAR
Fransada istilər can aldı: Avtomobildə qalan iki azyaşlı həyatını itirdi
13:31 23.06.2026
Fransada istilər can aldı: Avtomobildə qalan iki azyaşlı həyatını itirdi
Türkiyə üçün xəbərdarlıq edildi: Qızmar istilər yaxınlaşır
13:20 23.06.2026
Türkiyə üçün xəbərdarlıq edildi: Qızmar istilər yaxınlaşır
Göygöldə dövlət qulluqçularının peşə bayramı qeyd olundu - FOTOLAR
13:18 23.06.2026
Göygöldə dövlət qulluqçularının peşə bayramı qeyd olundu - FOTOLAR