0:6 uduzan "Qarabağ" fantastik məbləğ qazandı

0:6 uduzan "Qarabağ" fantastik məbləğ qazandı
İDMAN
12:07 29.01.2026
12133
UEFA Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanan "Qarabağ” bu nəticəyə görə 1 milyon avro (təxminən 2 milyon 35 min AZN) əldə edib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, ağdamlılar "Liverpul”a 0:6 hesabı ilə uduzmasına baxmayaraq büdcəsini zənginləşdirə bilib. 

Qeyd edək ki, bundan öncə "Qarabağ” nəticələrə görə 30 milyon 770 min avro, yəni təxminən 61,4 milyon manat qazanmışdı. Hazırda bu məbləğ 31 milyon 770 min avroya çatıb.
OXŞAR XƏBƏRLƏR