Rusiyanın "AvtoVAZ" şirkəti "VAZ-2107"nin yeni modelini hazırlayıb.
"VAZ 2107"nin M modeli eksklüziv olaraq az sayda hazırlanıb və hələlik seriya istehsalı nəzərdə tutulmayıb.
Bu, "07" həvəskarlarının yeni modelə marağından asılı olacaq. Şirkət bəyan edib ki, əgər "07M"-ə maraq olarsa, avtomobilin gələcəkdə kütləvi istehsalına başlaya bilərlər.
Qeyd edək ki, 1978-ci ildən istehsal edilən "VAZ-2107" avtomobillərinin buraxılışı 2013-cü ildən dayandırılıb. (baku.ws)

