‘07’nin sürücüsü 2 polisi güllələdi – DƏHŞƏTLİ VİDEO

MARAQLI
00:45 13.02.2013
6994

Rusiyanın Kabardin-Balkar respublikasında ağır cinayət hadisəsi baş verib.

Respublikanın paytaxtı Nalçik şəhərində yol polisi əməkdaşlarının saxlatdığı şübhəli bir maşın durdurularaq yoxlanmağa başlanır.

Polislərin çox arxayıncasına, əlləri ciblərində yoxlama apardıqları zaman maşının salonundan daha bir nəfər düşür. Polislər əvvəlki arxayınlıqları ilə maşının yük yerinə baxış keçirirlər və elə bu an sürücü tapançanı çıxararaq dalbadal hər polis əməkdaşına bir güllə vurur.

Cinayətkarlar qaçıb aradan çıxırlar.

Son məlumata görə, polis əməkdaşlarından biri yerindəcə keçinir. O birisi isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılır.

Publika.az

OXŞAR XƏBƏRLƏR