1 avro 2 manat 50 qəpikdir? - RƏSMİ AÇIQLAMA

1 avro 2 manat 50 qəpikdir? - RƏSMİ AÇIQLAMA
İQTİSADİYYAT
21:29 09.07.2025
256
Son günlər məzənnədə 1 avronun 2 manat 50 qəpiyə qalxması ilə bağlı məlumatlar paylaşılır. Məlumata "Google" axtarış sistemində rast gəlindiyi qeyd olunur.

AZXEBER.COM xəbər verir ki, sözügedən situasiya ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Mərkəzi Bankın Mətbuat Xidmətinin rəhbəri Namiq Əliyev rəsmi mənbəyə istinad edilməsinin zəruri olduğunu bildirib:

"Rəsmi məzənnəni açıqlamışıq, hər gün saytda yenilənir".

Qeyd edək ki, yayılan məlumatın əksinə olaraq, Mərkəzi Bankın məzənnəsində 1 avro 1,9911 AZN təşkil edir.
OXŞAR XƏBƏRLƏR