Rusiya Ukraynada bir gündə 89 hərbi obyekti məhv etdiyini bildirib.
AZXEBER.COM xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya Hərbi Hava Qüvvələri bir gündə Ukrayna ordusuna məxsus 89 hərbi obyekti məhv edib.
Konaşenkov açıqlamasında Ukrayna silahlı qüvvələrinin "Donbass” batalyonunun Rusiya qüvvələrinə qarşı məğlub olduğunu bildirib.
Rusiya ordusunun gün ərzində 12 kilometr irəliləməyə davam etdiyini qeyd edən Konaşenkov Rusiya hava qüvvələrinin Ukrayna ordusuna aid 89 hərbi obyekti məhv etdiyini bildirib.
Konaşenkov həmçinin "Onların arasında 4 komanda mərkəzi, 2 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 9 haubitsa, 5 raket və artilleriya arsenalı, həmçinin hərbi texniki vasitələrin yerləşdiyi 65 yer məhv edilib”, deyə bildirib.
Rusiya hava hücumundan müdafiə sistemlərinin havada 9 pilotsuz uçuş aparatını vurduğunu qeyd edən Konaşenkov Ukraynanın itkilərindən də danışıb:
"Bu günə qədər Ukrayna ordusuna aid 214 pilotsuz uçuş aparatı, 1483 tank və zirehli texnika, 150 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 584 haubitsa və minaatan, 1279 xüsusi təyinatlı məhv edilib”.