“Ölkəmizin gələcəyi onların əlindədir”

SOSİAL
19:23 01.06.2020
269
Naftalan şəhər sakini Kəmalə Hüseynova

Bu gün, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təsis olunub. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
 
Əlbətdə,ölkəmizdə uşaqların sağlam, firəvan yaşamasına, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub.Uşaqların hüquqlarının qorunması, onlara keyfiyyətli təhsilin verilməsi və bunun üçün lazımi şəraitin yaradılması,hökumətin uşaq siyasətinin əsas  istiqamətlərindəndir. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da insan hüquqlarının qorunmasına xüsusi önəm verilir. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Nəzərə alsaq ki, uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur. 

Azərbaycan Respublikası uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə,o cümlədən,1994-cü ildə BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasına qoşuldu. Təbii ki, ölkəmizin bu konvensiyaya qoşulması uşaq hüquqlarına yüksək mənəvi dəyər verərək, onların normal sosial-mənəvi ruhda layiqli insan kimi yetişməsi, bu yolda qarşıya çıxan problemlərin aradan qaldırılması, uşaqların ehtiyaclarının hərtərəfli təmin olunması istiqamətində addımların atıldığını bir daha təsdiq etdi.  "Uşaq hüquqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunların qəbulunu xüsusi qeyd etməliyik.

"Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq", "Üç uşaq anası olaraq, analıq missiyasının həyata keçirilməsini həyatımın ən vacib missiyası hesab edirəm", - Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri hörmətli Mehriban xanım Əliyeva deyib.Heydər Əliyev Fondunun prezidenti "Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır” – devizini rəhbər tutaraq, çox sadə bir mərama söykənib: Azərbaycan uşaqlarını bəxtəvər görmək. Təsadüfi deyil ki, fond yarandıqdan sonra ilk ən böyük tədbir uşaqlarla bağlı oldu. 2004-cü ilin sentyabrında 30-a yaxın uşaq evi və internat məktəbində tərbiyə alan kimsəsiz və istedadlı uşaqlar fond tərəfindən sevindirildi – Səttar Bəhlulzadə adına sərgi salonunda onların "Mən Azərbaycanı sevirəm” adlı sərgisi təşkil edildi. Elə həmin tədbirlə də uşaq evi və internat məktəblərinə qayğının təməli qoyuldu. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində aparılan əsaslı təmir və yenidənqurma işləri cəmiyyətdə böyük rezonans doğurdu. Uşaq müəssisələri əsaslı təmir edildi, əlavə yardımçı binalar inşa olundu, paytaxtın bütün rayonlarındakı uşaq evləri və internatların hər birində yaşayış üçün rahat şərait yarandı. "Ən gözəl təmir olunan uşaq evi, ən müasir internat məktəbi heç vaxt ailəni, ailə mühitini əvəz edə bilməz” – deyən Mehriban Əliyevanın təşəbbüsü ilə uşaq evləri və internat məktəblərində yaşayan uşaqların dövlət müəssisələrindən kənar edilməsi və onlara alternativ qayğı proqramı hazırlandı.

Uşaqların sağlam və yüksək təhsilli böyümələri, gələcəkdə intellektli şəxslər kimi formalaşmalarına diqqət yetirmək, onların geniş qayğı ilə əhatə olunması fondun fəaliyyət prioritetlərindən biridir. Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ötən illər ərzində uşaqlarımız üçün çoxsaylı səhiyyə obyektləri, bədii-yaradıcılıq mərkəzləri, idman və istirahət komplekslərinin tikilməsi istiqamətində çoxsaylı layihələr həyata keçirib, müxtəlif əlamətdar günlərdə və bayramlarda Mehriban xanım Əliyevanın təşəbbüsü və birbaşa iştirakı ilə uşaqlarımız üçün mərasimlər, şənlik tədbirləri keçirilib, müxtəlif hədiyyələrlə balalarımızın qəlbinə sevinc, könlünə xoş ovqat bəxş edib."Uşaq evləri və internat məktəblərinin inkişafı", "Yeniləşən Azərbaycana yeni məktəb" proqramları, "Təhsilə dəstək", "Diabetli uşaqlara ən yüksək qayğı","Talassemiyasız həyat naminə" və bu kimi layihələr istər təhsil, istərsə də səhiyyə sahəsində Mehriban xanım Əliyevanın uşaqlarla bağlı fəaliyyətində istiqamətverici, stimulverici olub. Diabetli uşaqlara qayğı da Heydər Əliyev Fondunun fəaliyyətində mühüm yer tutur. Fondun dəstəyi ilə "Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində ölkədə diabet xəstəliyindən əziyyət çəkən 14 yaşınadək uşaqlar müntəzəm olaraq insulin preparatları və şpris-qələmlərlə təmin edilmişlər. Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa edilən Mərkəzdə bugünədək görülən işlər, xəstələrin müalicəsi bu gün bir çox alilərə övladlarının yaşaması üçün ümiddir. Autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə fəaliyyət göstərir.

Mehriban xanımın rəhbərlik  etdiyi Heydər Əliyev Fondu həmin uşaqların problemlərinin həllinə xüsusi diqqət ayırır. Fondun "Uşaq evlərinin və internat məktəblərin inkişafı" proqramı çərçivəsində respublikada uşaq müəssisələri əsaslı təmir olunaraq yeni avadanlıqlarla təchiz edilib.Bu günlərdə Şamaxı şəhərində inşa edilən daha bir Körpələr evi-Uşaq bağçasının açılışı oldu.Uşaqlara, xüsusilə, xəstə və kimsəsizlərə diqqət və qayğıdan söhbət açanda Heydər Əliyev Fondunun və fondun prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki yorulmaz fəaliyyəti xüsusi vurğulanmalıdır. Xəstə uşaqlarla bağlı Heydər Əliyev Fondu tərəfindən təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində həyata keçirilən tədbirlər əsl mərhəmət və humanistlik nümunəsidir. Təhsil və uşaq müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, uşaq evlərində böyüyən uşaqların gələcəyi, sağlamlıq imkanları məhdud və köməksiz uşaqların sağlamlıqlarının qorunması ilə bağlı fond tərəfindən həyata keçirilən tədbirlərin müstəsna əhəmiyyəti vardır.Heydər Əliyev Fondunun qayğısı ilə əhatə olunan Azəbaycan uşaqları istedadları ilə artıq Avropaya, dünyaya səs salıb. "Azərbaycanın xoşməramlı mələkləri” Avropanın mədəniyyət mərkəzinin paytaxtında hamını heyran qoyur. Azərbaycanda uşaqların xoşbəxt, firavan böyüməsi üçün onlara yaradılmış şərait, dövlət qayğısı təqdirəlayiqdir. Uşaqların rifahının yüksəldilməsi, onların intellektual səviyyəsinin artırılması dövlət siyasətinin başlıca vəzifələrindən biridir. Ümumiyyətlə, uşaqların hüquqları ölkəmizdə ən ali səviyyədə Konstitusiya qanunları ilə qorunur və dövlət uşaq hüquqlarının qorunmasının və təhlükəsizliyinin qarantıdır.

Ölkəmizin gələcəyini sağlam ruhlu, təhsilli, savadlı uşaqlarda görən Mehriban xanım Əliyeva uşaqlarla görüşündə demişdir: "Bizim ən böyük arzumuz, əlbəttə, uşaqlarımızı, gənclərimizi savadlı, təhsilli və sağlam görməkdir. Əlbəttə, bunun üçün bizim uşaqlar bu gün gərək çox yaxşı oxusunlar. Çünki hər bir gəncin, hər bir uşağın gələcəyi onun təhsilindən, savadından, biliyindən asılıdır. Ölkəmizin gələcəyini, sabahını siz—bugünkü gənclər, bugünkü uşaqlar təmin edəcəksiniz. Ona görə bu gün sizin ən vacib borcunuz yaxşı təhsil almaqdır. Müasir dünyanın çağırışlarına cavab vermək üçün siz gərək hərtərəfli savada və biliyə malik olasınız. Siz gərək öz Vətəninizi sevəsiniz, vətənpərvərlik ruhunda tərbiyə olunasınız, eyni zamanda, bütün dünyaya açıq olasınız”. Alicənablıq, insanpərvərlik, kübarlıq kimi ali insani dəyərlər, kreativ, yüksək erudisiya  sahibi olan Mehriban xanım hər bir uşağın,hər bir əsgərin mənəvi anasıdır.

Arzumuz ondan ibarətdir ki, dünyada heç bir uşaq problemlə qarşılaşmasın!



OXŞAR XƏBƏRLƏR