Tanınmış müğənni PSY “Gangnam Style” mahnısı ilə qısa müddət ərzində tamaşaçıların sevimlisinə çevrilsə də, dediyi son sözlər fanatlarını məyus edib.
AZXEBER.COM-un məlumatına görə, o ən böyük dostunun Vodka olduğunu bildirib.
İngiltərədə yayımlanan The Sunday Times-a verdiyi müsahibəsində “ən yaxşı dostum Vodkadır” deyən PSY, Viski və tekila içməyi də çox sevdiyini bildirib. O deyib ki, hər gün içki içir:“Xoşbəxtəmsə, içəcəm. Yağış yağırsa, içəcəm. Soyuqdursa içəcəm. İstidirsə, yenə içəcəm. İçmədiyim tək zaman yuxuda olduğum andır.” PSY bildirib ki, o içkiyə hələ tələbəlik illərindən aulədə olub. Müsahibəsinə içki ucbatından 2001-ci ildə həbs olunduğunu da əlavə edən PSY fanatlarını məyus edib. PSY yaşadığı pis hadisələrin onun həyatına müsbət təsir etdiyini deyib. O bildirib ki, qazandığı uğurların hamısı üzüldüyü anlara təsadüf edir. “Mən pozitiv insanam. Başıma pis hadisələr gəldikdə, bunlar həyatıma böyük xoşbəxtliklər gətirir”. Qeyd edək ki, PSY 35 yaşındadır və 2 qızı var. Qızları 5 yaşındadır və əkizdirlər. Müsahibəsində PSY onu da bildirib ki, aprel ayından bəri 5 yaşındakı əkiz qızlarını görməyir.