1 milyonluq sualın cavabını Azərbaycanda hər kəs bildi - FOTO

MARAQLI
00:02 12.12.2022
14439
Türkiyənin ATV telekanalında yayımlanan "Kim milyoner olmak ister” yarışmasında 1 milyon türk lirəsi dəyərində sual verilib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin ATV kanalında yayımlanan "Kim milyoner olmak ister?" (Milyonçu) verilişində 1 milyon türk lirəsi dəyərində sual verilib, lakin iştirakçı Batu Alıcı sualın doğru cavabını tapa bilmədiyi üçün oyunu yarımçıq tərk edib və 500 min TL-ə yiyələnib. 

Qeyd edək ki, 1 milyonluq sual "Variantlardan hansı Dədə Qorqud hekayələrindəki personajlardan biri deyil?” olub. Doğru cavab isə "Bala Hatun" olub.

Onu da qeyd edək ki, verilişdə verilən bu sual sosial şəbəkələrdə gündəm olub, Azərbaycan vətəndaşları da sualın doğru cavabının "A” variantı olduğunu çox asanlıqla tapa biliblər.

Ayşən

 


OXŞAR XƏBƏRLƏR