1 saylı Bakı Peşə Liseyində şok: direktor şagirdlərə bufetdə görün nə satır

1 saylı Bakı Peşə Liseyində şok: direktor şagirdlərə bufetdə görün nə satır
SOSİAL
15:31 02.12.2016
4643

 

1 saylı Bakı Peşə Liseyinin direktoru buna nədən göz yumub? İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi ilə bağlı Milli Məclisin deputatları səviyyəsində addımlar atılır.

Millət vəkilləri müxtəlif çıxışlarında bununla bağlı qanunun qəbul edilməsinin vacibliyini vurğulayırlar. Belə müzakirələr getdiyi bir vaxtda çox maraqlı bir məlumat daxil olub.

Bildirilir ki, paytaxtda yerləşən bir sıra orta məktəb və liseylərin bufetlərində siqaret satışı açıq şəkildə həyata keçirilir. Əldə etdiyimiz məlumata görə, belə bir fakt Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 1 saylı Bakı Peşə Liseyində mövcud olub.

Uzun müddətdir ki, təhsil ocağının bufetində açıq-aşkar siqaret satışı həyata keçirilirmiş. Hətta siqaretin satışı paçka ilə yanaşı «ştuçnu» formada da həyata keçirilirmiş. Amma 2 gün öncə liseyin direktoru bufetdə siqaret satışının dayandırılması barədə göstəriş verib. Bununla da, siqaret satışı dayandırılıb.

Maraqlıdır ki, görəsən bu vaxta kimi lisey rəhbərliyi bunu bilmirmiş. Əlbəttə bilirmiş, sadəcə göz yumurmuş. Bu arada qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) dəstəyilə Azərbaycanda ikinci dəfə gənclər arasında tütündən istifadənin qlobal tədqiqatı (GYTS) aparılıb. İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev deyib ki, tədqiqat 13-15 yaşlı məktəblilər (8, 9, 10-cu siniflər) arasında keçirilib və gənclər arasında tütündən istifadəyə dair monitorinq aparılıb. Onun sözlərinə görə, sorğu 2 minə yaxın 13-15 yaşlı məktəblini əhatə edib: "Sorğunun ilkin nəticələri göstərib ki, 10% məktəbli nə vaxtsa siqaretdən istifadə etməyə cəhd edib. Onlardan 1/3-i artıq 10 yaşınadək siqaret çəkməyə başlayıb. Təxminən 8% məktəbli hazırda siqaret və ya digər tütün məmulatlarından istifadə edir. Sorğuda iştirak edən məktəblilərdən 29%-i evdə, 41%-i isə qapalı ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qaldığını deyib. Məsələ ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. (Gündəlik Bakı qəzeti)

OXŞAR XƏBƏRLƏR