1 saylı uşaqlar evinin direktorundan iki fərqli açıqlama - "Ərzaq oğurlayırlar yoxsa..." (VİDEOFAKT)

1 saylı uşaqlar evinin direktorundan iki fərqli açıqlama - "Ərzaq oğurlayırlar yoxsa..." (VİDEOFAKT)
SOSİAL
15:18 03.05.2018
4026
1 saylı Körpələr Evi ilə bağlı yayılan görüntülərlə bağlı qalmaqal günü-gündən böyüməkdə davam edir. 
 
AZXEBER.COM xəbər verir, videonu lentə alan müğənni Rəqsanə İsmayılovanın qızı Aysun uşaqlar evinə gətirilən ərzaqların oğurlanaraq başqa əraziyə aparıldığını iddia etmişdi. Yayılan görüntülər artıq bir neçə gündür ki, ölkə gündəmini zəbt edib. 
 
Məsələylə bağlı Səhiyyə Nazirliyi də açıqlama verib. Nazirliyin açıqlamasında məsələnin araşdırıldığını bildirilib:

"Araşdırma nəticəsində məlum olub ki, video görüntülər təhrif olunmuş şəkildə ictimaiyyətə təqdim olunub. Videoda açıq-aydın görünür ki, körpələr evindən ərzaq deyil, istifadə olunmuş yataq dəstləri yuyulması üçün maşına yüklənilib. Uşaq bezləri isə dəyişdirilməsi üçün körpələr evindən aparılıb", - deyə S. Əhmədova qeyd edib.
 
Ancaq yenə də cəmiyyətdə fərqli iddialar səslənməkdədir. Sosial şəbəkələrdə yayılan məlum videodan sonra 1 saylı Körpələr Evinin direktoru Nəhayət Əliyevanın ölkə televiziyalarına verdiyi açıqlamalar ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, xanım direktor görüntülərlə bağlı fərqli açıqlamalar verib. 
 
Belə ki, hadisə baş verdiyi gün "Xəzər" televiziyasına açıqlama verən N.Əliyeva maşına doldurulanların ərzaq yox çırkli paltarlar olduğunu deyib. O bu paltarların Səhiyyə Nazirliyinin nəzdində olan çamaşırxanaya yuyulması üçün aparıldığını bildirib. 
 
Bir gün sonra isə "Space" televiziyasına verdiyi açıqlamada isə xanım direktor sözügedən görüntülərdəki çamaşırların məzuniyyətə çıxan işçilərdən birinin olduğunu bildirib. O, həmin işçinin bu çamaşırları məzuniyyət vaxtı evinə apardığını və yuduqdan sonra geri gətirəcəyini deyib. 
 
Qeyd edək ki, məlum videonun yayımlanmasından sonra direktor Aysun İsmayılovanı məhkəməyə verəcəyini bildirmişdi. 
 

 

OXŞAR XƏBƏRLƏR