1 stəkan su içmək üçün canından oldu

DÜNYA
13:29 11.09.2024
201
Susadığı üçün fabrik işçilərindən ikinci stəkan suyu istəyən adam döyülərək öldürülüb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Kahramanmaraş bölgəsində baş verib.
 
Belə ki, 29 yaşlı Mesut Kazancı adlı şəxs fabrik işçisindən bir stəkan su istəyib. Birinci stəkanı içdikdən sonra ikincisini istəyən Kazancı ilə işçilər arasında mübahisə başlayıb. Mübahisə tez bir zamanda davaya çevrilib. Mesut Kazancı aldığı çubuq zərbələrindən ağır yaralanıb.
 
Xəbər üzərinə hadisə yerinə gələn təcili yardım qrupları tərəfindən yaralı xəstəxanaya aparılıb. 3 gün ərzində olunan müdaxilələrə baxmayaraq Kazancının həyatını xilas etmək mümkün olmayıb.
 
Oksana

OXŞAR XƏBƏRLƏR