Türkiyənin Sivas bölgəsində iki avtomobilin toqquşduğu qəzaya arxadan gələn 8 başqa avtomobil də qoşulub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Sivas-Ankara avtomobil yolunun Sivasspor obyektlərinin yaxınlığında baş verib.
Hadisə nəticəsində 1 nəfər xəsarət alıb, 10 avtomobilə ziyan dəyib.
Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Hadisə ilə əlaqədar araşdırma başladılıb.
Oksana