10 əsgər və 4-5 mövqe itirmişik - Babayan

DÜNYA
14:09 27.09.2020
2665
"Ermənistan ordusunun 10 hərbi qulluqçusunu və 4-5 döyüş mövqeyimizi itirmişik”

"MediaPost” infoport.am erməni mətbuatına istinadla xəbər verir ki, bunu Dağlıq Qarabağdakı qondarma rejiminin Təhlükəsizlik şurasının katibi Samvel Babayan deyib. 
 
Məlumata görə, hazırda erməni tərəfi 10 nəfərə qədər canlı qüvvənin və 4-5 döyüş mövqeyinin itirilməsini rəsmi şəkildə təsdiq edib.   

Bu barədə Dağlıq Qarabağdakı qondarma rejiminin Təhlükəsizlik şurasının katibi Samvel Babayan jurnalistlərlə Xankəndidə keçirilmiş görüşdə deyib. 

Onun sözlərinə görə, döyüş mövqelərinin itirilməsinə baxmayaraq, mövqelərin qaytarılması üçün imkanları var.

OXŞAR XƏBƏRLƏR