10 gün evində qaldığı dostunu öldürdü - Qətli etiraf etdi

10 gün evində qaldığı dostunu öldürdü - Qətli etiraf etdi
DÜNYA
17:30 22.04.2024
243
İstanbulun Küçükçekmece şəhərində qazaxıstanlı Nurəli Tamazov evində qonaq qaldığı dostu İrfan Kapsızları bıçaqlayaraq öldürüb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, qətldən sonra Rusiyaya qaçdığı iddia edilən şübhəli birlikdə olduğu otel işçisinə zəng edib.

Qazaxıstan əsilli Nurəli Tamazov dəri və xəz alverçisi İrfan Kapsızlardan xaricə satmaq üçün məhsul alırmış.

Bir müddət qalmaqda problemi olan Tamazov Yeşilova məhəlləsində tək yaşayan dostu Kapsızların evində qonaq qalmağa başlayıb.

10 günə yaxın Kapsızların evində qalan Tamazov aprelin 16-da evə gec gəlib. Nurəli Tamazov naməlum səbəbdən yataq otağında olan 3 uşaq atası Kapsızlara bıçaqla hücum edib.

Tamazov yükünü götürərək səhər tezdən hava limanına gedib. Hava limanından Moskvaya qaçdığı iddia edilən şübhəli şəxs ortaq tanışları olduğu otel işçisinə zəng edərək Kapsızları öldürdüyünü etiraf edib.

Telefon danışığından sonra otel işçisi vəziyyəti Kapsızların yaxınlarına və polis qruplarına çatdırıb. Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib.

Polislər çilingərin köməyi ilə qapının qıfılını sındırıb içəri daxil olduqdan sonra Kapsızların cansız bədəni ilə qarşılaşıblar.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Ayşən
OXŞAR XƏBƏRLƏR