10 gün əvvəl qəzaya düşdü - Bu gün xəstəxanada öldü

10 gün əvvəl qəzaya düşdü - Bu gün xəstəxanada öldü
SOSİAL
15:45 06.10.2017
1266
İsmayıllıda 10 gün əvvəl qəzaya düşmüş şəxs xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, sentyabrın 27-də saat 17.00 radələrində İsmayıllı rayonu ərazisində Şəki rayon sakini Hafiz Abdulkərimov idarə etdiyi VAZ-21099 markalı avtomobili yolun kənarındakı ağaca vurub.
Nəticədə xəsarət alan sürücü və sərnişini - atası Şəfayət Abdulkərimov xəstəxanaya yerləşdirilib. Ş. Abdulkərimov orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR