10 il eyni rəqəmləri oynadı... - İnadkar şəxs lotoreyada qalib gəldi

10 il eyni rəqəmləri oynadı... - İnadkar şəxs lotoreyada qalib gəldi
DÜNYA
12:24 19.06.2023
273
ABŞ-ın Merilen ştatındakı Prins Corc dairəsinin şanslı sakini mayın 28-də Merilend Lotereyasının Bonus Match 5 oyununu oynadıqdan sonra əsas mükafatı qazanıb.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ardıcıl 10 il eyni nömrələrlə oynayan şəxs nəhayət lotoreyada pul mükafatını qazanıb.

Şanslı şəxs Baltimordakı Merilend Lotereyasının baş ofisinin rəsmilərinə  "Mən dəfələrlə eyni nömrələri oynayırdım, illərdir bunu edirəm" deyib.

Xoşbəxt kişi 4 dollarlıq lotereya bileti ilə içəri daxil olub. Onun 10 il ərzində oynadığı nömrələr eyni olub: 5, 6, 8, 23 və 30.

Qeyd edək ki, lotereyanın qalibinin 50 min dollar mükafat alacağı bildirilir.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR