10 ildir tikintisi gedən metro stansiyasının təhvil veriləcəyi vaxt açıqlandı

10 ildir tikintisi gedən metro stansiyasının təhvil veriləcəyi vaxt açıqlandı
SOSİAL
10:22 15.07.2023
275
Təxminən 10 il öncə "Bakı Metropoliteni" QSC-nin Xətai rayonunda inşasına başladığı "Həzi Aslanov-2" stansiyasında işlər hələ də tamamlanmayıb.

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildiriblər ki, Bakı Metropoliteninin II mövcud (Yaşıl) xəttinin davamı olaraq artıq tikintisinə başlanılmış "Həzi Aslanov-2" stansiyasında inşaat işlərinin başa çatdırılması Bakı şəhərinin Baş Planına uyğun olaraq 2030-31-ci illərdə nəzərdə tutulub.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.

Qeyd edək ki, "Həzi Aslanov-2" stansiyası, Bakı metrosunun ikinci (Yaşıl) xəttində olan stansiyasıdır. Bu stansiyanın "Həzi Aslanov" stansiyasına (qırmızı xətt) birbaşa keçidi nəzərdə tutulur. Bu stansiyadan tunelin "Şah İsmayıl Xətai" stansiyasına qədər uzadılması planlaşdırılır.

Xatırladaq ki, hazırda Bakı metropoliteninin 26 stansiyası var. Hazırda tikintisi gedən və şərti adı "B-4" olan stansiyanın isə 2024-cü ilin sonu 2025-ci ilin ilk yarısında təhvil verilməsi planlaşdırılıb.
OXŞAR XƏBƏRLƏR