10 min gətir, yoxsa etibarnaməni ləğv edəcəyəm - Əmlak bazarında yeni tələ

10 min gətir, yoxsa etibarnaməni ləğv edəcəyəm - Əmlak bazarında yeni tələ
SOSİAL
23:20 14.05.2026
573
Son vaxtlar bələdiyyə sənədi ilə satılan torpaq sahələri ilə bağlı vətəndaş şikayətləri artmaqdadır. Bəzi hallarda alqı-satqıdan aylar sonra satıcılar əlavə pul tələb edir, əks halda isə verdikləri etibarnaməni ləğv edəcəklərini bildirirlər. Bu isə vətəndaşlarla satıcılar arasında ciddi mübahisələrə səbəb olur. Belə hallardan biri də Binəqədi rayonu ərazisində baş verib. İddiaya görə, torpaq sahəsini alan şəxs pulu videoçəkiliş altında satıcıya təqdim edib və etibarnamə alıb. Lakin sonradan satıcı əlavə 10 min manat tələb edərək, əks halda etibarnaməni ləğv etdirəcəyini deyib. Vətəndaş məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirsə də, hələlik problem həllini tapmayıb.

AZXEBER.COM xəbər verir ki, mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, etibarnamə alqı-satqı müqaviləsi deyil:

"Bu məsələ ilə bağlı illərdir danışılır, xəbərdarlıqlar edilir. Mən özüm də dəfələrlə bu barədə çıxış etmişəm. Təəssüf ki, insanlar hələ də etibarnamə ilə avtomobil, torpaq və ya ev alıb-satmağa çalışırlar. Halbuki etibarnamə sadəcə bir şəxsin digər şəxsə verdiyi vəkalətdir. Yəni sənə səlahiyyət verir ki, "mənim adımdan get bu işi gör”. Vəssalam. Bu sənəd həmin əmlakın sənə satılması anlamına gəlmir. Yəni sənə deyilən budur ki, "mənim adımdan idarə et, mənim üçün müəyyən işləri gör”. Özün üçün yox, sahibin adından hərəkət et. Burada əsas məqam da bundan ibarətdir ki, etibarnaməni verən şəxs istənilən vaxt həmin etibarnaməni ləğv edə bilər. Çünki etibarnamə torpağın, avtomobilin və ya hər hansı əmlakın mülkiyyət sənədi deyil. Bununla alqı-satqı həyata keçirilmir. Amma praktikada insanlar düşünürlər ki, etibarnaməni aldıqdan sonra gedib həmin əmlakı öz adlarına keçirə biləcəklər, çıxarış və ya digər sənədləri öz adlarına rəsmiləşdirəcəklər. Halbuki bu mümkün deyil. Çünki sənə verilən etibarnamə yalnız həmin şəxsin adından müəyyən əməliyyatları aparmaq üçündür. Sən həmin səlahiyyəti öz xeyrinə istifadə edə bilməzsən”.

O qeyd edib ki, əgər sonradan əlavə pul tələbi yaranırsa və ya vətəndaş aldadıldığını düşünürsə, artıq burada hüquq-mühafizə orqanlarının araşdırma aparması vacibdir:

"Çünki bu halda belə çıxır ki, etibarnaməni verən şəxs qarşı tərəfi aldadıb, etibardan sui-istifadə edib və nəticədə dələduzluq əməli törədib. Əgər əvvəlcədən pul alınıbsa, bu zaman həmin pulun hansı əsasla alındığı da araşdırılmalıdır. Bu baxımdan vətəndaş müvafiq qaydada şikayət edə bilər və bildirə bilər ki, "mən aldadılmışam”. Amma belə hallarda mütləq şəkildə sübutların olması vacibdir. Məsələn, video görüntülər, səs yazıları, yazışmalar və ya şahid ifadələri olmalıdır. Orada konkret şəkildə göstərilməlidir ki, "mən filankəsə bu səbəbdən görə etibarnamə vermişəm, o isə sonradan məni aldadıb”. Yalnız bu halda məsələ hüquqi müstəvidə daha ciddi şəkildə araşdırıla bilər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: İordaniyada həlak olan ABŞ hərbçiləri ilə bağlı araşdırmanın nəticələri açıqlanacaq
19:34 22.07.2026
Tramp: İordaniyada həlak olan ABŞ hərbçiləri ilə bağlı araşdırmanın nəticələri açıqlanacaq
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
18:51 22.07.2026
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
18:39 22.07.2026
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
Bakı metrosunda iş rejimi dəyişdirilir
18:11 22.07.2026
Bakı metrosunda iş rejimi dəyişdirilir
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
17:56 22.07.2026
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
17:52 22.07.2026
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?