Abşeron rayonu Masazır qəsəbə sakini Məhəmməd Məmmədov yanvarın 6-da polisə müraciət edərək yaşadığı evdən təxminən 10 min manat dəyərində qızıl oğurlandığını bildirib.
ARB TV xəbər verir ki, Rayon Polis İdarəsi və DİN-Baş Cinayət Axtarış İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat istintaq tədbirləri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, cinayət aləmində "Malış" ləqəbi ilə tanınan, 29 yaşlı Ramin Həmidov və 33 yaşlı Həsən Əliyev saxlanılaraq istintaqa təqdim olunub.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.