10 tələbə "Azercell Təqaüdçüsü" adına layiq görülüb

10 tələbə "Azercell Təqaüdçüsü" adına layiq görülüb
İQTİSADİYYAT
19:35 06.02.2024
439
Lider mobil operator "Tələbə Təqaüdü 2024” proqramının qalibləri ilə görüşüb. Üç mərhələli seçim prosesində fərqlənən 10 tələbə təhsil müddətinin sonunadək hər ay 300 AZN məbləğində təqaüdlə təmin ediləcək. Eyni zamanda, "Azercell" qaliblər üçün digər inkişaf imkanları da yaradacaq.

"Tələbə Təqaüdü” proqramına müraciətlərin qəbulu ötən ilin oktyabr ayında açıq elan olunub və bir ay davam edib. Bu müddət ərzində "Azercell"in İnsan Kapitalının İdarə Edilməsi departamentinin mütəxəssisləri ölkənin regionlarında da proqramın tanıtımını keçirib. Şirkət əməkdaşları bölgələrdə təhsil alan bir sıra tələbə və müəllim heyəti ilə görüşərək proqram haqqında məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.

Bu il təqaüd proqramı məhz informasiya texnologiyaları, kibertəhlükəsizlik, biznes analitikası, data elmi və marketinq sahələri üzrə bakalavr təhsili alan sonuncu 2 kursun tələbələrini əhatə edib.

Proqrama qatılmaq üçün ümumilikdə 600-dən çox tələbə müraciət edib ki, onlardan 100-ü ilkin tələblərə cavab verərək növbəti seçim mərhələsinə dəvət alıb. İkinci seçim mərhələsində müxtəlif tapşırıqlar əsasında iştirakçıların elmi potensialı qiymətləndirilib. Bu mərhələni uğurla başa vuran tələbələr üzbəüz müsahibələrə qatılmaq imkanı əldə ediblər.

Xatırladaq ki, 2009-cu ildən etibarən təşkil edilən "Tələbə Təqaüdü” proqramından bu günədək ölkənin müxtəlif universitetlərində təhsil alan 300-ə yaxın tələbə faydalanıb.

Azərbaycanda yeni İKT mütəxəssislərinin inkişafını, tərəqqi və innovasiyaların tətbiqini diqqət mərkəzində saxlayan Azercell bu istiqamətdə gördüyü işləri davam etdirəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
10:25 16.09.2025
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
10:22 16.09.2025
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
Narkokuryer həbs olundu
09:57 16.09.2025
Narkokuryer həbs olundu
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı
09:45 16.09.2025
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı