16:24 çərşənbə Axşamı, 18 Fevral 2020
DÜNYA

10 yaşlı məktəblidən hamilə qalan 13 yaşlı qızın anası danışdı: Abort haqqında düşünmürük...

22:35, 23.01.20205570
10 yaşlı məktəblidən hamilə qalan 13 yaşlı qızın anası danışdı: Abort haqqında düşünmürük...
Rusiyanın Krasnoyarsk vilayətində on yaşlı məktəbli oğlandan hamilə qalan on üç yaşlı qızın anası danışıb.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, "Rusiya 1" telekanalına müsahibə verən qadın qızının hamiləliyinə son verməyəcəyini deyib.

O bildirib ki, son ana qədər ailələri vəziyyətdən bixəbər olub.

Onun dediyinə görə, həkimlər əvvəlcə qızın zəhərləndiyini düşünüblər. Daha sonra məktəbli qız özü 10 yaşlı dostu ilə intim münasibətdə olduğunu etiraf edib.

"Onda artıq bu yaşda, bəlkə də, bəzi analıq instinktləri var, onları daha da inkişaf etdirmək daha yaxşıdır", - deyə qadın bildirib.

Xatırladaq ki, Krasnoyarsk vilayətində yeddinci sinifdə oxuyan on üç yaşlı məktəbli qız dördüncü sinifdə oxuyan on yaşlı oğlandan hamilə qalıb.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
XƏBƏR LENTİ