10 yaşlı məktəblinin selfi həvəsi faciə ilə bitdi

10 yaşlı məktəblinin selfi həvəsi faciə ilə bitdi
DÜNYA
10:18 15.07.2020
1559

Effektli selfi çəkmək istəyi növbəti dəfə faciə ilə nəticələnib. Bu dəfə 10 yaşlı məktəbli həyatını itirib.

5-tv.ru-nun məlumatına görə, hadisə Rusiyanın Leninqrad vilayətində baş verib.

Üçüncü sinif şagirdi olan məktəbli körpüdə dəmir yollarının fonunda şəkil çəkdirmək istəyib. Riskli selfi uğursuzluqla nəticələnib, uşaq yıxılıb.

Hadisə yerinə axtarış-xilasetmə bölməsinin əməkdaşları cəlb olunub. Məktəbli ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb, uşaq aldığı travmalardan həyatını itirib.


OXŞAR XƏBƏRLƏR