10 yaşlı qız körpəni öldürdü -VIDEO

DÜNYA
12:50 06.12.2013
1897

1,5 yaşlı övladını binanın qarşısında al-qan içində, can vermiş vəziyyətdə görən ana az qala ağlını itirmək həddinə çatmışdı. Qadın qışqırır, hönkürür, qıyya çəkirdi.Onun səsinə gələn qonşular dərhal polis çağırıblar.

Bəlli olub ki, liftdə uşağını yuxarı göndərmək məcburiyyətinə qalan qadının övladını da uşaq qətlə yetirib.Qatil 10 yaşlı qız idi.Hadisə Çinin cənub-qərbində, Çuünsin şəhərində baş verib.Qadın 2 yaşlı Yunyunla birlikdə binaya daxil olmuşdu. Yunyun arabada idi və anası onu evə aparırdı.Daily Mail bildirir ki, Yunyunun olduğu arabanı liftə itələyəndən sonra qadın özü də liftə girmək istəyəndə gecikib, liftin qapısı bağlanıb.Liftdə 10 yaşlı qız vardı. Orada baş verən faciəni videomüşahidə kamerası çəkib.Polisdən verilən məlumata görə, 10 yaşlı qız liftdə balaca Yunyunu arabasından çıxarıb, vəhşicəsinə döyməyə başlayıb, sonra yerə ataraq təpikləyib.

Lift 25-ci mərtəbədə dayananda isə qız Yunyunu sürüyərək liftdən çıxarıb, yenə təpikləyib, axırda da eyvandan aşağı atıb.10 yaşlı qız saxlanılıb.Polis olayla bağlı cinayət işi qaldırıb.(milli.az)

OXŞAR XƏBƏRLƏR