10 yaşlı uşağı avtomobillə vurub qaçan şəxs tutuldu

10 yaşlı uşağı avtomobillə vurub qaçan şəxs tutuldu
SOSİAL
14:12 22.05.2017
883
Abşeronda 10 yaşlı uşağı avtomobil vurub.
 
AZXEBER.COM DİN-ə istinadən xəbər verir ki, mayın 15-də Abşeron rayonunun Saray qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini, 10 yaşlı Çingiz Əliyev vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilərək buraxılıb.
 
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "QAZ-3110" markalı avtomobili idarə edən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Səlim Səlimov tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.
 
Milli.az
OXŞAR XƏBƏRLƏR