10 yaşlı uşaq anasını öldürdü - SƏBƏB

10 yaşlı uşaq anasını öldürdü - SƏBƏB
DÜNYA
14:40 02.12.2022
488

10 yaşlı uşaq ona istədiyini almayan anasını öldürüb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, sözügedən hadisə ABŞ-də baş verib.

Belə ki, 10 yaşlı uşaq ona qulaqlıq almaqdan imtina edən anasını öldürməkdə ittiham olunur.

Prokurorlar açıqlamasında uşağın 44 yaşlı anası Quiana Mannın kart hesabına daxil olduğunu və onu öldürdükdən bir gün sonra qulaqlıq sifariş etdiyini bildirib.

Əvvəlcə polisə bunun qəza olduğunu deyərək müxtəlif ifadələr verən oğlan sonradan silahı məqsədli şəkildə anasına tuşladığını etiraf edib. Oğlan anasını qorxutmaq üçün divara atəş açmağa çalışdığını, ancaq anasının yanından keçəndən sonra onu vurduğunu deyib.

Uşaq baş verən hadisəyə səbəbkar olduğuna görə, peşman olduğunu etiraf edib:

"Baş verənlərə görə çox təəssüf edirəm. Anamı öldürdüyümə görə peşmanam”.

Ayşən

 

OXŞAR XƏBƏRLƏR