10 yaşlı uşaq naməlum səbəbdən öldü

10 yaşlı uşaq naməlum səbəbdən öldü
SOSİAL
10:24 09.02.2022
372
Gəncədə azyaşlı naməlum səbəbdən ölüb.

AZXEBER.COM xəbər verir ki, hadisə şəhərin Yeni Qəsəbə adlan ərazisində qeydə alınıb.

2012-ci il təvəllüdlü Ə.Əlizadə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müayinəsi zamanı onun öldüyü məlum olub.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

Azyaşlının meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

O, müayinə olunduqdan sonra ailəsinə təhvil veriləcək.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR