"100 balı" keçə bilməyən abituriyentlər: Universitetlərdə plan yerləri boş qalacaq

"100 balı" keçə bilməyən abituriyentlər: Universitetlərdə plan yerləri boş qalacaq
SOSİAL
14:47 26.07.2024
215
Elm və təhsil naziri Emin Əmrullayev bir müddət öncə qeyd edib ki, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu planı təxminən 60 minə yaxın olacaq.

O qeyd edib ki, plan yerlərinin təxminən yarısından bir az çoxu dövlət sifarişi və ya dövlət hesabına təhsil alanlar üçün nəzərdə tutulur. Nazir plan yerlərinin 50 faizindən çoxunun dövlət sifarişli olacağını diqqətə çatdırıb.

Bəs, plan yerlərinin çox olması universitetlərdə ixtisas seçimindən sonra boş yerlərin qalması ilə nəticələnəcək?

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzi rəhbəri Kamran Əsədov Trend-ə bildirib ki, bu il də abituriyentlərin nəticələrinin plan yerlərinə adekvat olmayacağı, böyük sayda plan yerlərinin boş qalacağı dəqiqdir.

"Bu il ali təhsil müəssisələrinin bakalavr pilləsində 60 minə yaxın qəbul plan yeri ayrılıb və bu keçən illə müqayisədə kifayət qədər çoxdur.
Bu da universitetlərə qəbul sayına ciddi şəkildə öz təsirini göstərəcək. Qeyd edim ki, bu il qəbul plan yerlərində ciddi şəkildə dəyişikliklər var. Bəzi universitetlərdə qəbul plan yerində azalmalar müşahidə olunur, bəzilərində isə artım var və ona görə də ixtisas seçməyən abituriyentlər diqqətli olmalıdırlar. Məsələn, bu il ən çox qəbul plan yerin artmasını Azərbaycan Dövlət Neft və Sənaye Universitetində müşahidə edirik. Ali təhsil müəssisələri arasında ən çox qəbul plan yeri Bakı Dövlət Üniversitetinin payına düşür. Həmçinin Türkiyə Azərbaycan və İtaliya Azərbaycan Universitetlərinə də bu il ilk dəfə qəbul həyata keçiriləcək ki, bu da universitetlərimiz arasında, xüsusilə texniki və mühəndislik ixtisaslarına qəbul həyata keçirən ali təhsil müəssisələri arasında rəqabət mühitini yaradacaq. 2 və 3 - cü qrupun açıqlanan nəticələrindən sonra yenə də böyük faiz abituriyent blokdan 100 balı keçə bilməyib. Ümumilikdə bu il də abituriyentlərin nəticələrinin plan yerlərinə adekvat olmayacağı, böyük sayda plan yerlərinin boş qalacağı dəqiqdir.

Təbii ki, ixtisas seçimi ciddi bir məsələdir. Plan yerlərindəki dəyişiklik ixtisas seçimi zamanı abituriyentlərin bəzən yanlış qərar verməsinə də gətirib çıxara bilir.Çünki bizim çox təəssüf ki, bəzi ixtisas seçimi eləyən şəxslər, valideynlər, hələ bu ilin jurnalı çıxıb deyə yazırlar. Amma keçən ilin jurnalı ilə plan yerləri, abituriyentlərin sayı təhlil olunmalıdır. Ondan sonra ixtisas seçmək eləmək olar", - deyə o əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ən çətin yola gedən 3 BÜRC - Onlarla eyni məkanda olmaq da ağırdır
17:01 04.03.2025
Ən çətin yola gedən 3 BÜRC - Onlarla eyni məkanda olmaq da ağırdır
“Komedixana”nın aktrisası nənə olacaq
16:48 04.03.2025
“Komedixana”nın aktrisası nənə olacaq
Prezidentin şiddətli töhmət verdiyi Fuad Nağıyev kimdir? - DOSYE
16:31 04.03.2025
Prezidentin şiddətli töhmət verdiyi Fuad Nağıyev kimdir? - DOSYE
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
16:27 04.03.2025
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
"Bir çox direktor üçün rüşvət almaq məktəb idarəçiliyinin ayrılmaz hissəsinə çevrilib" - Təhsil eksperti
16:14 04.03.2025
"Bir çox direktor üçün rüşvət almaq məktəb idarəçiliyinin ayrılmaz hissəsinə çevrilib" - Təhsil eksperti
Veysəloğlu Şirkətlər Qrupu ilə Bakı Ali Neft Məktəbi arasında emorandum imzalandı -FOTO
16:09 04.03.2025
Veysəloğlu Şirkətlər Qrupu ilə Bakı Ali Neft Məktəbi arasında emorandum imzalandı -FOTO
Prezident Fuad Nağıyevə şiddətli töhmət verdi
16:02 04.03.2025
Prezident Fuad Nağıyevə şiddətli töhmət verdi
Azərbaycan dili imtahanının nəticələri elan olundu
15:42 04.03.2025
Azərbaycan dili imtahanının nəticələri elan olundu
BMT-nin gözü niyə soyqırım qurbanlarını görmür?
15:40 04.03.2025
BMT-nin gözü niyə soyqırım qurbanlarını görmür?
Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qayıtmaq niyyətindədir
15:27 04.03.2025
Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qayıtmaq niyyətindədir
Toral Bayramov xanımına bahalı avtomobil hədiyyə etdi — FOTOLAR
15:16 04.03.2025
Toral Bayramov xanımına bahalı avtomobil hədiyyə etdi — FOTOLAR
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
15:10 04.03.2025
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Vüsalə Mahirqızı: “Türk və islam dövlətlərinin ortaq media platformalarının inkişafına ehtiyac var”
14:54 04.03.2025
Vüsalə Mahirqızı: “Türk və islam dövlətlərinin ortaq media platformalarının inkişafına ehtiyac var”
“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi
14:42 04.03.2025
“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi
“Azərkosmos”un rəhbəri nazir müavini təyin edildi
14:37 04.03.2025
“Azərkosmos”un rəhbəri nazir müavini təyin edildi
Nazirlikdən özəl tibb müəssisələri ilə bağlı - Xəbərdarlıq
14:35 04.03.2025
Nazirlikdən özəl tibb müəssisələri ilə bağlı - Xəbərdarlıq