“Dalğa Arena”da 100-dən çox tələbənin iştirakı ilə keçirilən “Komanda İşi” təlimi bir sıra məqamları ilə yadda qalıb. AZXEBER.COM-un AFFA-ya istinadən verdiyi xəbərə görə, təlim ərzində gənclərə şəxsi inkişaf, beynəlxalq təcrübə proqramları, Dünya Çempionatının beynəlxalq könüllülük proqramının şərtləri barədə geniş məlumat verilib. Təqdimatın sonunda iştirakçılara Könüllülük proqramının ərizə formaları paylanılaraq qeydiyyat prosesi izah olunub. Dünya Çempionatının talismanı Top Top Qızın iştirakı isə təlimə rəng qataraq onu daha da maraqlı edib.Təqdimat ərzində Dünya Çempionatı barədə sualları cavablandıran, puzzle kartlarla rəsmi emblemi tamamlayan qalib iştirakçılara hədiyyələr təqdim olunub.Qeyd edək ki, yerli və xarici şəxslərdən formalaşacaq 1000 nəfərlik könüllü komandasına qoşulmaq üçün ərizə qəbulunun son tarixi 12 may 2012-ci ildir. Könüllü uniforması, yeni dostlar, bilik, bacarıq və beynəlxalq təcrübə əldə etmək istəyən hər bir şəxs proqrama qoşulmağa dəvət edirik. AZXEBER.COM təlimdən çəkilən fotoları təqdim edir. ![](/file/pic/xeber/2012-04-16/119399.jpg)
![](/file/pic/xeber/2012-04-16/119405.jpg)
![](/)
![](/)
![](/)
![](/)
![](/)