"100 il" gənc rəssamların qrup sərgisi təşkil olunub - FOTOLAR

MƏDƏNİYYƏT
18:03 22.06.2023
794
21-22 iyun tarixlərində "Davam” Gənclər Hərəkatı və "ArtCoLab” Yaradıcı Gənclər Platformasının birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Muzey Mərkəzinin tərəfdaşlığı ilə "100 il” adlı gənc rəssamların qrup sərgisi keçirilib. 

Sərgi 21 iyun tarixində Muzey Mərkəzində yerləşən Sərgi qalereyasında açılıb və 31 gənc rəssam tərəfindən ərsəyə gələn 45 əsər ictimaiyyətə təqdim olunub. Bu əsərlərdə Azərbaycan mədəniyyətinin ən böyük himayədarı və qayğıkeşi olmuş Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin müxtəlif anları nümayiş olunub. 

Sərgilənən əsərlərin əksəriyyəti kətan üzərində yağlı boya ilə, bir hissəsi isə kağız üzərində qara qələmlə işlənmiş müxtəlif mövzulu əsərlər olub. 

Açılış mərasimində "Heydər Əliyev” ordenli heykəltaraş Ömər Eldarov, millət vəkili Aydın Mirzəzadə, Muzey Mərkəzinin direktoru Liana Vəzirova, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Ağaəli İbrahimov, xalq rəssamı Arif Hüseynov, "Davam" Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Muzey, sərgi və qalereyalar şöbəsinin müdiri vəzifəsini icra edən Altun Mikayıllı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin ictimai inkişaf sektorunun müdiri Samir Mehralıyev, Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov, "ArtColab" Yaradıcı Gənclər Platformasının rəhbəri Çinarə Quliyeva, "ArtColab" Yaradıcılıq Mərkəzinin müəllimi və layihə koordinatoru Casiyət Abdullayeva, ictimai xadimlər, gənc rəssamlar və kreativ sənayedə çalışan menecerlər iştirak edib. 

İlk olaraq aparıcı Aysel İbrahimova qonaqları salamlayaraq tədbiri açıq elan edib. Sonra isə "Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı açılış nitqi ilə çıxış edib və sərgi ilə bağlı ətraflı məlumat verib. Öz növbəsində Ömər Eldarov, Aydın Mirzəzadə, Ağaəli İbrahimov, Casiyət Abdullayeva çıxış edərək sərgi haqqında fikirlərini bölüşüblər. 

Tədbirin sonunda gənc rəssamların təltifolunma mərasimi baş tutub. Daha sonra sərginin rəmzi açılışı olan qırmızı lent kəsilib və qonaqlar sərgi ilə tanış olublar.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir