Vitaminlər insanın həyatı üçün çox önəmlidir. İnsan hüceyrələrinin fermentlərinin strukturunu bərpa edən hər şeyi vitaminlər bərpa edir. Beləliklə vitaminlərin bizim həyatımız üçün nə qədər önəm daşıdığının şahidi olaq;
Vitaminlər qidaların tərkibində yerləşən təbii birləşmələrdir. Vitaminlər insan vücudunun inkişafında, böyüməsində, hətta toxumalarımızın bərpasında çox önəmli rol oynayır.
Vitamin A
Adətən heyvani qidalarda yer alır. Xüsusən bəzi dəniz heyvanlarının yağında, kərə yağında, yumurta sarısında, süddə (xüsusi ilə yayda sağılan süddə ).
A vitamininin çatışmaması nəticəsində insanın gözündə el arasında “toyuq korluğu” adlandırılan xəstəlik yaranır.
Bununla yanaşı, dəri quruluğu və qıcıqlanması, (gerilməsi), saçda quruluq və parlaqlığın itməsi və tökülməsi baş verir.
Vitamin C
Bu vitamini təbiətin çox çeşidli meyvələrindən və giləmeyvələrdən asanlıqla əldə etmək olar. Orqanizmimizdə vitamin C çatışmayanda immunal sistem çökmüş vəziyyətdə olur. Bədənimizin özünü qoruma aktivliyi ölür. C vitamini olan meyvələrə limon, mandarin, qreyfurt, itburnu, qarağatı misal göstərmək olar.
D vitamini
Kasadlığı nəticəsində insanda sümük xərçəngi, sümük vərəmi, rəxitliyə meyillilik yaranır. Elə ona görə də həkimlər günəş şüalarının qəbulunu mütləq bilir. D vitamini insan orqanizmini fosfor və kalsiumla zənginləşdirir. Bu vitaminlər dəniz heyvanlarından xüsusilə də yağlı balıqların belindəki qəhvəyi rəngdə olan nahiyəsində zəngindir.
B2 vitamini
Bu vitamin isə süd məhsullarında, yağlı balıqlarda, eləcə də heyvanların qaraciyərində, ürəyində, böyrəyində zəngindir. Gün vurmada və insanın bədən tempraturu aşağı düşəndə bu vitaminə tələbat artır.
B2 vitamini ilə A vitamini bir-birilərinə müəyyən qədər yaxındırlar. Hər iki vitamin yaddaşın möhkəmlənməsinə yardım edir. Bu vitaminlər çatışmayanda insanda halsızlıq, zəiflik, çəki azlığı, gözlərdə qızartı, ağız künclərində, dodaqlarda çatlaqlar əmələ gəlir.
B1 vitamini
B1 vitamini adətən dənli və paxlalı bitkilərdə olur. Ələxsus da, heyvanların daxili orqanlarında (xüsusən qara ciyərində, böyrəyində və ürəyində) rast gəlinir. Bu vitamin çatışmayanda insanın sinir sistemində təzadlıq və əsəbilik yaranır. Dəri xəstəliklərinin çatışmaması B1 vitaminin çatışmamasından irəli gəlir.
Çinarə Ümman