Yaponiyanın ən yaşlı alpinisti Kokiçi Akuzava 102 yaşında Fuji dağına dırmaşaraq Ginnesin Rekordlar Kitabına düşüb.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, səhhəti ilə bağlı narahatlıqlara baxmayaraq, Akuzava öz fiziki hazırlığını bərpa edib və çox çətin bir hərəkəti icra edib.
Akuzavanın ailəsi onun yanvar ayında evinin yaxınlığındakı dağa qalxarkən yıxıldığını, sonra səhhətindən narahat olduqlarını və ardınca şingə və ürək çatışmazlığı ilə xəstəxanaya yerləşdirildiyini söyləyiblər.
Müalicəsindən sonra Akuzavanın hər səhər bir saat gəzdiyi və həftədə bir dəfə dağa qalxdığı deyilib.
Mikayıl