104 azərbaycanlı Macarıstanda təhsil almaq hüququ qazandı

104 azərbaycanlı Macarıstanda təhsil almaq hüququ qazandı
SOSİAL
12:33 03.07.2026
421

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında imzalanmış 2024–2026-cı illər üzrə "Stipendium Hungaricum” təqaüd proqramına dair Anlaşma Memorandumuna əsasən, 2026/2027-ci tədris ili üçün 104 Azərbaycan vətəndaşı Macarıstanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ əldə edib.

AZXEBER.COM xəbər verir ki, Macarıstan tərəfinin yekun seçim nəticələrinə əsasən, proqram iştirakçılarından 11 nəfər bakalavriat, 80 nəfər magistratura, 13 nəfər isə doktorantura səviyyəsində təhsil alacaq.

Tələbələr kompüter elmləri, data elmləri, maliyyə, beynəlxalq iqtisadiyyat və biznes, beynəlxalq münasibətlər, menecment, kimya mühəndisliyi və digər prioritet istiqamətlər üzrə ixtisaslaşacaqlar.

Seçilən namizədlər Macarıstanın aparıcı ali təhsil müəssisələri sırasında yer alan Eötvös Loránd University, Corvinus University of Budapest, Budapest University of Technology and Economics, Óbuda University, University of Debrecen, Budapest University of Economics and Business və digər universitetlərdə təhsil almaq imkanı qazanıblar.

Qeyd edək ki, "Stipendium Hungaricum” təqaüd proqramı Azərbaycan və Macarıstan arasında təhsil sahəsində əməkdaşlığın inkişafına, gənclərin beynəlxalq akademik mühitdə bilik və bacarıqlarının artırılmasına, eləcə də ölkə üçün prioritet sahələr üzrə yüksəkixtisaslı kadr hazırlığına mühüm töhfə verir.

OXŞAR XƏBƏRLƏR