104 yaşlı ananın 87 yaşlı xəstə qızı

104 yaşlı ananın 87 yaşlı xəstə qızı
15:05 19.06.2012
1786
Rosario Şelzet və onun qızı Mariya Qarsiya hər axşam altı dəfə “Binqo” oynayır, sonra yatırlar.Onlar filmlərə və multiplikasiya filmlərinə baxmağı da sevirlər. Qarsiya hər səhər yuxudan oyanan kimi “Ana, haradasan?” deyir, anası ona layla deməmiş yatmır.Mariya Qarsiya 1950-ci illərdə qısa müddətdə ərdə olanda o, yolun o biri kənarında, anasının evinin yanında yaşayırdı.Ahıllaşmış, yaşlaşmış valideynlərə övlad qayğısı yazılmamış qanundur. Lakin həyat bəzən hər şeyi baş-ayaq çevirir və ahıl valideyn övladına qulluq etməli, onun qayğısını çəkməli olur. 104 yaşlı Rosario Şelzet də belə anadır. O, demensiya xəstəsi olan 87 yaşlı qızı Mariya Qarsiyaya qulluq edir.ABŞ-ın Florida ştatındakı Sarasota şəhərində yaşayan ana və bala on illərdir ki, ayrılmazdır. Rosarionun nəvəsi, Mariyanın 60 yaşlı oğlu Albert Qarsiyanın dediyinə görə, anası ağıl xəstəsidir: “Nənəm onun qulluğunda durur, nazını çəkir, bəsləyir, yedirir-içirdir və bütün vaxtını anamla keçirir”. Demensiya xəstəsi olan qızının mərəzinin daha da ağırlaşmasına imkan verməmək üçün Rosario sürəkli olaraq Mariya ilə danışır.104 yaşlı anasının hafizəsi iti, dərrakəsi sərrast qalsa da, 87 yaşlı qız kəmağıl olduğundan, bir sözün ona ən azı üç-dörd dəfə deyilməsi gərəkdir.Hər səhər açılanda Rosario qızını yemləyir, onunda danışır. Səhər yeməyindən sonra ana və qızı vaxtlarını bir yerdə keçirirlər. Naharda dua etmək üçün otağına çəkilən Rosario orada çox qala bilmir, çünki Mariya sürəkli onu soruşur.1908-ci ildə Kosta-Rikada doğulmuş Rosarionun dediyinə görə, onun əri Albert Qarsiya çox yaraşıqlı kişi idi: “Ona Puerto-Rikonun Klark Qeybli deyirdilər”.
OXŞAR XƏBƏRLƏR