Kahramanmaraş zəlzələsinin ən çox zərər çəkdiyi şəhərlərdən biri olan Hatayda dağıntılar altında qalan Kılınç ailəsi qorxulu anları danışıb.
AZXEBER.COM xəbər verir ki, Hatayda evi dağılan Kılınç ailəsi dağıntılar altından xilas olmaq üçün uzun müddət gözləyib.
Kılınç ailəsi zəlzələdən 107 saat sonra İHH əməkdaşları tərəfindən xilas edilib. CNN Türk-ə danışan Hacı Murat Kılınç dağıntılar altında qalarkən səslərini çıxara bilməyəndə birlikdə İzmir marşını oxuduqlarını bildirib.
"Hamımız 8 nəfər İzmir Marşı oxuduq. Bir tərəfdən ritmi tutdum. Allah İHH əməkdaşlarından razı olsun, onların zəhmətinin əvəzini ailə olaraq ödəyə bilmərik”, - deyib.
Ayşən