11-ci mərtəbədən yıxılan uşaq sağ qaldı

MARAQLI
20:00 23.05.2014
2113
Türkiyənin İzmit şəhərində uşaq 11-ci mərtəbədən yıxılıb və sağ qalıb.
ANS PRESS-in məlumatına görə, ötən gün axşam saatlarında 2 yaşlı Sevda Dəmirçi 11-ci mərtəbədə yerləşən evlərinin eyvanında oynamağa başlayıb.
Daha sonra S.Dəmirçi stulun üzərinə çıxaraq eyvandan aşağı baxmaq istəyib. Lakin müvazinətini itirən 2 yaşlı uşaq eyvandan aşağı düşüb. Ağacların budaqlarına dəyən S.Dəmirçi havada olarkən sürəti azalıb. Xoşbəxtlikdən o, torpaq zirzəmiyə düşüb və sağ qalıb.
Uşağın atası Coşqun Dəmirçi uşağı Kocaeli Dövlət Xəstəxanasına aparıb. İlkin tibbi yardım və müayinədən sonra məlum olub ki, uşaq beyin qanaması keçirib.
Polis faktla bağlı araşdırmalara başlayıb.
OXŞAR XƏBƏRLƏR