11-ci sinif şagirdi 19 yaşlı gənci öldürdü – Azərbaycanda

KRİMİNAL
11:04 13.04.2015
2971

Tovuzda 11-ci sinif şagirdi 19 yaşlı həmkəndlisini qətlə yetirib. Tovuz Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, aprelin 12-də saat 22 radələrində rayonun Qədirli kənd sakini, 1997-ci il təvəllüdlü, 11-ci sinif şagirdiNemət Rzayevşəxsi münasibətlər zəminində yaranmış mübahisədə həmkəndlisi, 1996-ci il təvəllüdlüİdris Paşayevə bıçaqla xəsarət yetirib. İ.Paşayev aldığı xəsarətdən dünyasını dəyişib. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR