11-ci sinif şagirdləri qəzaya düşdü - 1 ölü, 2 yaralı + Video

11-ci sinif şagirdləri qəzaya düşdü - 1 ölü, 2 yaralı + Video
SOSİAL
10:26 10.05.2020
1653
Şamaxıda sürücülük hüququ olmayan şagird avtomobil idarə edərkən qəza törədib.

AZXEBER.COM "Xəzər xəbər"ə istinadən bildirir ki, hadisə Şamaxı-Pirqulu yolunun Əngəxaran kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Şamaxı sakini, 17 yaşlı Fəqan Zeynalov babası Mürvət Zeynalova məxsus minik avtomobili ilə hərəkətdə olarkən döngədə idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.

Hadisə zamanı sərnişin - 17 yaşlı Bəxtiyar Muxtarov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Avtomobili idarə edən Fəqan Zeynalov və digər sərnişin - Bakı sakini, 16 yaşlı Cəmil Salahov xəsarət alıblar. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Ölən və yaralanan şəxslər 11-ci sinif şagirdləridir.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsində cinayət işi başlanıb.
 
 

OXŞAR XƏBƏRLƏR