11 əri olduğu iddia edilən qadın daş-qalaq edilərək öldürüldü

11 əri olduğu iddia edilən qadın daş-qalaq edilərək öldürüldü
DÜNYA
15:07 10.05.2018
4295
Somalidə əş-Şərab qruplaşmasının nəzarəti altında olan məhkəmə 11 əri olduğu iddia edilən qadının daşlanaraq öldürülməsi barədə qərar çıxarıb.
 
Somalinin Sablale kəndində boğazına qədər torpağa basdırılan qadın əş-Şərab militanları tərəfindən daşlanaraq öldürülüb.

Qruplaşmanın lideri Məhəmməd əbu Usama Reuters-ə verdiyi açıqlamasında qadının 9 ərinin məhkəməyə çıxarıldığını və hər birinin də onun əri olduğunu etiraf etdiyini bildirib:

Qeyd edək ki, əş-Şərabən nəzarəti altında olan və şəriət qanunları ilə idarə edilən bölgədə qadının birdən artıq əri ola bilməz, lakin bir kişi 4 arvad ala bilər.
 
///Qaynarinfo 
OXŞAR XƏBƏRLƏR