11 ildən sonra ilk dəfə - Rəisi ilə Sisi görüşdü

11 ildən sonra ilk dəfə - Rəisi ilə Sisi görüşdü
DÜNYA
22:20 11.11.2023
325
İran Prezidenti İbrahim Rəisi Ər-Riyadda Misir Prezidenti Əbdülfəttah Sisi ilə görüşüb. 

AZXEBER.COM "Qafqazinfo”-ya istinadən xəbər verir ki, prezidentlər İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət başçılarının Qəzzadakı vəziyyətlə bağlı fövqəladə iclası çərçivəsində görüşüblər.

Misir Prezidenti Sisi İsrail-Fələstin hadisələrində ölkəsinin daha çox əziyyət çəkdiyini bildirib. İran Prezidenti isə Qəzza xalqına humanitar yardımın çatdırılması üçün Misirin əməkdaşlığı ilə Rəfah Sərhəd Qapısının dərhal və qeyd-şərtsiz açılmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, iki liderin görüşü ilk dəfədir baş tutur. Çevriliş nəticəsində devrilmiş Misirin mərhum prezidenti Məhəmməd Mursi ilə İranın keçmiş prezidenti Mahmud Əhmədinejad arasında 2013-cü ilin fevralında görüş olub.
OXŞAR XƏBƏRLƏR