11 ildən sonra Vaşinqtonda Suriya bayrağı qaldırıldı - FOTO

11 ildən sonra Vaşinqtonda Suriya bayrağı qaldırıldı - FOTO
DÜNYA
10:59 20.09.2025
183
ABŞ-nin paytaxtı Vaşinqtonda Suriyanın 2014-cü ildə bağlanan səfirliyində 11 ildən sonra ilk dəfə bayraq qaldırma mərasimi keçirilib.

AZXEBER.COM xəbər verir ki, mərasimdə iştirak edən Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani Suriya Ərəb Respublikasının bayrağını qaldıraraq bunu "Suriyanın beynəlxalq legitimliyinin və diplomatik mövcudluğunun təsdiqi" adlandırıb.

O, 14 ildir davam edən vətəndaş müharibəsinin yaratdığı fəsadlara toxunaraq, hadisəni "tarixi an" kimi qiymətləndirib.

ABŞ-də yaşayan Suriya əsilli icma üzvləri də mərasimə qatılıb. Dəməşq əsilli Raghad Bushnaq bunu "təsəvvür olunmaz bir an" adlandıraraq, "Axırıncı dəfə burada olanda insanlar üzlərini gizlədirdilər. İndi xoşbəxtik. Suriyada azadlığın iyini hiss edirsən" deyib.

O, Türkiyəyə və dəstək göstərən bütün ölkələrə təşəkkürünü bildirib.

Milli.Az
OXŞAR XƏBƏRLƏR