11 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi dəyişdirildi

KRİMİNAL
17:00 01.08.2014
2932
Ədliyyə Nazirliyi Penitensiar xidmətdə yeni təyinat olub.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general leytenantı Mədət Quliyevin əmri ilə Penitensiar xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsini icra edən, ədliyyə polkovnik-leytenantı Rasim Bayramov başqa işə keçirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilib. Həmin vəzifənin müvəqqəti icrası ədliyyə polkovnik-leytenantı Mahir Əliyevə həvalə edilib.
Qeyd edək ki, M. Əliyev 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavini vəzifəsində çalışırdı.

OXŞAR XƏBƏRLƏR