SSRİ dövründə ona “Qəhrəman ana” adı verilib
Azərbaycanda “Qəhrəman ana” statusunun yenidən bərpa olunması məsələsi müzakirə olunur.
AZXEBER.COM Regional TV-yə istinadən xəbər verir ki, 70 yaşlı Quba rayonu Xucbala kənd sakini Həbibə Xanbabayeva da bu qanun layihəsinin tezliklə qəbul olunmasını gözləyən qadınlardandır.Ailədə tək övlad olan Həbibə Xanbabayeva 1958-ci ildə 15 yaşında həmkəndlisi Rzabala Xanbabayevlə nikaha daxil olub. Həmin nikahdan Xanbabayevlər ailəsində 7-si qız, 4-ü oğlan olmaqla 11 uşaq dünyaya gəlib. İndi Həbibə nənə övladları, 30 nəvəsi və 3 nəticəsinin əhatəsində xoşbəxt günlərini yaşayır.Həbibə Xanbabayeva 25 il sağıcı işləyib, böyük əmək sərf etməklə uşaqlarını böyüdüb. 1979-cu ildə SSRİ dövründəona “Qəhraman ana” adı verilib.
Milli Məclisdə müzakirəyə çıxarılacaq “Çoxuşaqlı ailələrə dövlət dəstəyi haqqında” qanun layihəsində nəzərdə tutulub ki, 10 və daha çox uşağı, o cümlədən övladlığa götürülən uşaqları olan, onları 18 yaşınadək tərbiyə edən qadınlar “Qəhrəman ana” hesab edilməlidirlər.Qanunda “Qəhrəman ana”lara bir sıra güzəştlər nəzərdə tutulub. Layihədə “Qəhrəman ana”lara birdəfəlik yüksək məbləğdə pul mükafatının verilməsi təklif olunub.