Bolqarıstanda yaşayan Kordeza Zelyazkova adlı qız dünyanın ən gənc anası hesab edilir.
O, 11 yaşında uşaq dünyaya gətirdiyi üçün hər kəsin diqqət mərkəzindədir. Məlumatlara görə, bir müddət əvvəl Kordeza həmyaşıdları ilə birlikdə parkda oyun oynayarkən Celizko Dimitrov adlı gənclə tanış olub. Celizko Kordezanın 15 yaşı olduğunu düşünüb. Azyaşlı qız isə özünü böyük göstərmək üçün yaşını sevgilisindən gizlədib. Onlar bir müddət əlaqə saxladıqdan sonra məlum olub ki, Celizko hamilədir.
Bolqarıstanda evlənmə yaşı 14 olduğu üçün ailələri onların evlənməsi haqda qərar qəbul edib. Celizko və Kordeza üçün yeganə sürpriz gözlənilməz toy mərasimi olmayıb. Onlar toyda olarkən Kordezanın sancısı tutub və tezliklə xəstəxanaya aparılıb. Gəlinlik paltarında xəstəxanaya aparılan qız uşaq dünyaya gətirib. Beləliklə, o, həm dünyanın ən gənc anası, həm də gəlinlik paltarında uşaq dünyaya gətirən ilk qadın olub. (musavat.com)