11 yaşlı “Lider”

11 yaşlı “Lider”
MEDİA
00:12 02.09.2011
2260

Bu gün “Lider” telekanalının 11 yaşı tamam olur. Yaranma tarixinə görə 3-cü özəl telekanal olan «Lider» Azərbaycanın tamaşaçısına informasiya, əyləncəvi, maarifləndirici xarakterli müxtəlif proqramlar təqdim edir. «Lider» telekanalı peyk vasitəsilə dünyanın əksər ölkələrinə, internetlə isə bütün dünyaya yayımlanır. «Lider TV»nin idman redaksiyasının baş redaktoru Rövşən Məmmədov bildirib ki, telekanalın yaranması yalnız həmin kanalın bayramı deyil, həm də bütün Azərbaycan ictimaiyyətinin bayramıdır: «Çünki yalnız müstəgil respublikalarda müstəgil telekanallar var. Və bu gün Azərbaycanın müstəqil televiziyalarının hər biri Azərbaycan xalqının sərvətidir. «Lider» telekanalı da həmçinin. «Lider» telekanalı ilk gündən Azərbaycanın tarixinin, mədəniyyətinin, idmanının təbliği istiqamətində fəaliyyət göstərir». Hazırda gündəlik 24 saatlıq efirin 14-15 saatı «Lider» telekanalının öz proqramları hesabına yayımlanır.

OXŞAR XƏBƏRLƏR