Jurnalistlər arasında keçirilən futbol çempionatının qalibi müəyyən olundu - FOTOLAR

Jurnalistlər arasında keçirilən futbol çempionatının qalibi müəyyən olundu - FOTOLAR
MEDIA
13:51 22.07.2025
520

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ilə bağlı Şamaxıda jurnalistlər arasında minifutbol turniri keçirilib. "Avrora Qrup"un sponsorluğu, İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 30-dan çox media orqanının əməkdaşı iştirak edib.

İki gün davam edən turnirin 3-cü yer uğrunda oyununda informasiya agentlikləri və qəzetlərin jurnalistlərindən ibarət "Əkinçi" komandası ictimai-siyasi xəbər saytlarının jurnalistlərindən ibarət "Ziya” komandası ilə qarşılaşıb. Oyun "Əkinçi"nin 7:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Turnirin final oyununda isə televiziya işçilərindən formalaşan "Kaspi” komandası idman saytlarının nümayəndələrinin olduğu "Kəşkül" kollektivi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Kaspi"çilər 3:1 hesabı ilə qalib gələrək kuboku başları üzərinə qaldırıblar.

Mükafatlandırma mərasimində ilk 3 yerin sahibləri - "Kaspi", "Kəşkül" və "Əkinçi" müvafiq olaraq, qızıl, gümüş və bürünc medallarla, bütün iştirakçılar isə fəxri fərmanlarla təltif ediliblər.

Turnirin ən yaxşı qapıçısı "Kəşkül"ün qolkiperi Kənan Məstəliyev, yarışın ən yaxşı oyunçusu isə "Kaspi"nin üzvü Nurani İsgəndərov sayılıb. Onlara xüsusi mükafat verilib.

Sonda tədbirdə iştirak edən şəhid ailələrinin üzvlərinə fəxri fərmanlar və baş sponsor "Avrora Qrup"un hədiyyələri təqdim olunub.

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Leyla Əliyeva Buxara şəhərindən paylaşım edib - FOTO
17:30 24.08.2026
Leyla Əliyeva Buxara şəhərindən paylaşım edib - FOTO
İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı
17:24 24.08.2026
İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı
Süni intellekt insanın yazı üslubunu dəyişir? - AI ilə yazılan mətnlərin dilə təsiri
17:19 24.08.2026
Süni intellekt insanın yazı üslubunu dəyişir? - AI ilə yazılan mətnlərin dilə təsiri
“Bizim vaxtımızda belə deyildi” - Ailələrdə nəsillərarası fikir ayrılığı niyə artır?
17:16 24.08.2026
“Bizim vaxtımızda belə deyildi” - Ailələrdə nəsillərarası fikir ayrılığı niyə artır?
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər
17:15 24.08.2026
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar
17:09 24.08.2026
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar
Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
17:03 24.08.2026
Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
“Azərbaycan - Özbəkistan münasibətləri ən yüksək səviyyəyə çatıb” - Deputat
16:53 24.08.2026
“Azərbaycan - Özbəkistan münasibətləri ən yüksək səviyyəyə çatıb” - Deputat
Metroda sıxlıq niyə azalıb? – Səbəb açıqlandı
16:46 24.08.2026
Metroda sıxlıq niyə azalıb? – Səbəb açıqlandı
İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı video paylaşılıb
16:43 24.08.2026
İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı video paylaşılıb
Daxili işlər naziri Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
16:40 24.08.2026
Daxili işlər naziri Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
44 milyard dollarlıq sərvət sahibi öldü
16:30 24.08.2026
44 milyard dollarlıq sərvət sahibi öldü
Əhvalımıza uyğun geyinirik, yoxsa geyimimiz əhvalımızı dəyişir?
16:25 24.08.2026
Əhvalımıza uyğun geyinirik, yoxsa geyimimiz əhvalımızı dəyişir?
Zelenski: Ukrayna itkin düşmüş hesab edilən 10 hərbçini ölkəyə qaytarıb
16:23 24.08.2026
Zelenski: Ukrayna itkin düşmüş hesab edilən 10 hərbçini ölkəyə qaytarıb
DİN əməliyyat keçirib, 116 kiloqram narkotik aşkarlanıb
16:17 24.08.2026
DİN əməliyyat keçirib, 116 kiloqram narkotik aşkarlanıb
Ermənistanda daha bir hərbçi intihar edib
16:09 24.08.2026
Ermənistanda daha bir hərbçi intihar edib