Türkiyədə 20 nəfər həbs olunub

Türkiyədə 20 nəfər həbs olunub
DÜNYA
07:00 17.10.2026
117
Türkiyənin Şanlıurfa vilayətində qanunsuz mərc oyunlarının təşkili və əldə edilmiş gəlirlərin leqallaşdırılmasına qarşı keçirilən əməliyyat nəticəsində 20 şübhəli həbs edilib.

Bu barədə "Haber Global" xəbər verir.

Məlumata görə, Şanlıurfa və Antalya vilayətlərində keçirilən əməliyyat zamanı 22 şübhəli saxlanılıb: "Onlardan 20-si barəsində həbs qətimkan tədbiri seçilib, 2 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb".

Araşdırmalar nəticəsində şübhəlilərin bank hesabları üzrə ümumilikdə 2 milyard Türkiyə lirəsi (təxminən 68,6 milyon manat) həcmində əməliyyat dövriyyəsinin olduğu aşkarlanıb.

Bundan başqa, cinayət yolu ilə əldə edildiyi ehtimal olunan, ümumi dəyəri təxminən 7 milyon lirə (təxminən 240,100 manat) olan 6 avtomobil və 1 daşınmaz əmlak müsadirə edilib, bank və kriptovalyuta hesablarına həbs qoyulub.
 
///report///
OXŞAR XƏBƏRLƏR